Sevgiyə açılan bir yol da sən ol.

qeyri - kommersiya təşkilatı

iş deyil sevgi ilə yanaşı

Təbəssüm sədəqədir

01

yüzlərlə yetimə əl uzadırıq

2015-ci ildən bu yana yardıma ehtiyacı olan bütün uşaqların səsi olduq və olmağa davam edirik. Yardımlarınızı onlara çatdırdıq, uşaqlarımızla bir olduq, diri olduq. Gah ağladıq, gah güldük. Bu yolda sayənizdə həmişə bərabər addımladıq. Yüzlərlə layihə həyata keçirdik, minlərlə uşağa dəstək olduq. Qarşılıq olaraq yetim uşağımızın üzündə gördüyümüz təbəssüm bizə yetdi..

02

bizim maraqlarımız

Yetim uşaqlarımızın hər cür ehtiyacına cavab verən layihələr həyata keçirmək.
Layihə Sponsorluğu

Yetim himayə sistemi yetimin kiçik ehtiyaclarını qarşılasa da, layihələr uşağın və ailəsinin ümumi, fərdi ehtiyaclarını ödəməklə yanaşı, onun mənəvi dünyasının işıqlanması istiqamətində böyük önəm kəsb edir.

Hovuz

Hovuz – balalarımıza olunan yardımların Allahın sizin vasitəçiliyiniz ilə endirdiyi rəhmət təcəllisidir. Cığırın “hovuz” adlı bölmə fəaliyyətini müvəffəqiyyətlə davam etdirə bilməsi xeyirsevərlərin incə düşüncə göstəricisidir.

Təcili yardım sistemi

Təcili yardım səhifəsi bu an ehtiyacı olan yetimlərimiz üçün açılmış bir səhifədir. “İanə et”dən fərqli olaraq təcili ehtiyacların (və ya qəfil ortaya çıxan) hər hansı ehtiyacın təmin olunmasıdır.

Fəaliyyət istiqamətimizlə tanış olun

Həyata keçirdiyimiz və keçirməyi planladığımız layihələrə baxın.

03


Əmanətlərimizə dəstək məqsədi ilə fəaliyyət göstərən "Salam Yurdu" təlim-tədris mərkəzinin təqdimat videosu

2019-cu ildə

0

Uşağa çatıldı

0

Layihə keçirildi

0

Ailəyə dəstək olundu

04

Yetim Himayə Sistemi Necə İşləyir?

Aylıq ödənişlə bir və ya birdən çox yetim uşağa yardım edə biləcəyiniz sponsorluq sistemi sizə uyğun seçimlərə görə himayəçilik növləri təklif edir.
1

Əvvəlcə tanışlıq

Yetim Himayəçiliyi üçün müraciət edən xəyriyyəçilər
əgər xarici vətəndaşdırsa yalnız istinad yolu ilə himayəçi ola bilər.

Ölkə vətəndaşları istinad və ya şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə üzvlük qazanır. Daha sonra tanış olmaq üçün ofisə çay içməyə dəvət olunur.

2

Sizə uyğun üzvlük seçimləri

Himayəçi olmağın bir çox yolu var: Qrup şəklində, FərdiTəşkilat Himayəçiliyi.

3

Ödəniş

Yetim Himayəçisi olmaq üçün üzvlüyünüz və ödənişiniz təsdiq edilir.

4

Yetim Məlumat anketi

Üzvlüyünüz təsdiqlənəndən sonra sizə yetim haqqında məlumat anketi göndərilir.

05

Nə ilə məşğuluq?

Hal-hazırda həyata keçirilən layihə və iş istiqamətlərimizə nəzər salın.
"Salam Yurdu"
Təlim-Tədris Mərkəzi

Yetim uşaqların inkişafına və sosial cəmiyyətə adaptasiyasına dəstək məqsədi ilə tamamilə könüllülük prinsipi əsasında fəaliyyət göstərən mərkəzdir.

Hovuz

Hovuz, `Cığır`ın himayəsində olan uşaqlar üçün maliyyə vəsaiti fondudur.

Ramazan Tədbirləri

Mübarək Ramazan Ayında uşaqların “Cığır” ailəsi ilə bərabər olmaq məqsədi ilə keçirilən tədbirlərdir.

Tamamilə könüllülük prinsipi

“Cığır”da hər bir fərd qarşılıq gözləmədən tamamilə könülülük prinsipi əsasında fəaliyyət göstərir.

Tədbirlər

Cəmiyyətin sevgi bağlarını gücləndirmək, yetimləri cəmiyyətə qazandırmaq və sosiallaşdırmaq və paylaşmağı öyrətmək məqsədi ilə tədbirlər keçiririk.

Yarışma-mükafat

Uşaqlarımızın inkişafına  kömək edəcək oyunlarla onlara dəstək oluruq, onları mükafatlandıraraq həvəsləndiririk.

06

Üzvlük Növləri

Sizə uyğun himayəçilik növünü seçin.
Fərdi Sponsorluq

Tək başınıza bir və ya daha çox yetimə sponsor ola biləcəyiniz  üzvlüq sistemidir.

55 AZN

Aylıq

Qrup Sponsorluğu

Ən azı 2 nəfərlə bir və ya daha çox yetimə sponsor ola biləcəyiniz üzvlüq sistemidir.

55 AZN

Aylıq

Təşkilati Sponsorluq

İşlədiyiniz ya da sahip olduğunuz müəssisə / təşkilat adına da bir və ya daha çox yetimə xeyriyyəçi olabilərsiniz.

55 AZN

Aylıq

Həmişə burda

7/24 bizimlə əlaqə saxlaya bilərsiniz.

Əlaqə​

+994 12 432 61 22
+994 77 324 61 22

Ünvan

Yasamal ray., Əsəd Əhmədov küç., 34B.

Sosial şəbəkədə "Cığır"